Yəhya Bakuvi 18B, Bakı / Azərbaycan
09:00 - 18:00

"BEYNƏLXALQ Hi-LiNGUA DİL OLİMPİADASINA" QEYDİYYAT BAŞLADI!

Cambridge
18 Oct 2024

1-11-ci sinif şagirdləri üçün əla bir imkan! Əziz şagirdlər, dil biliklərinizi sınayın və Parisə gedin! Dil biliklərinizi göstərərək medal və sertifikat qazanmaqla yanaşı, Parisdə keçiriləcək Qrand Final mərhələsində iştirak etmək fürsətini qaçırmayın!

Şagirdlər aşağıdakı dil kateqoriyalarından birində və ya bir neçəsində online iştirak edə bilərlər. Hər dil kateqoriyası üzrə online imtahanda iştirak üçün cəmi 25 avro ödəniş tələb olunur.

 Tarixlər:
 7 Dekabr 2024. Alman dili və İspan dili
 8 Dekabr 2024. İngilis dili və Fransız dili

Əlavə məlumat və qeydiyyat  üçün bizə yazaraq vəya zəng edərək əlaqə saxlaya bilərsiniz.
Əlaqə: 050 610 59 60 Aytən xanım.

YARIŞMA HAQQINDA MƏLUMAT

     Olimpiada 3 mərhələdən ibarətdir:
1️⃣ Yarımfinal Mərhələsi (Onlayn Test): 7-8 Dekabr 2024
2️⃣ Final Mərhələsi (Onlayn Müsahibə): 21-22 Delkabr 2024
3️⃣ Qlobal Mərhələ - Paris, Fransa: 2-8 May 2025

1️⃣ YARIMFİNAL MƏRHƏLƏSİ 
Bu mərhələ hər biri 20 sualdan ibarət olan 4 səviyyədən ibarətdir:
  - Beginners (20 sual)
  - Movers (20 sual)
  - Runners (20 sual)
  - Flyers (20 sual)

⏱️ Bütün iştirakçılar imtahana 1-ci səviyyə olan "Beginners" bölməsindən başlayırlar. Bu bölmədə 20 sualdan 10 sualı düzgün cavablandıran iştirakçı novbəti mərhələyə yüksəlmiş olur. Qısa bir fasilə sonra iştirakçı imtahana növbəti bölmə olan "Movers" ilə davam edir və proses sonuncu "Flyers" bölməsinə kimi təkrarlanır. Əgər iştirakçı hər hansı səviyyədə  10 sualdan daha az sualı düzgün cavablandırarsa şagird bir sonrakı səviyyədə iştirak hüququ əldə edə bilmir. Belə olduqda iştirakçı mövcud nəticəsi ilə yarışda iştirak etmiş olur.

*Hər dil kateqoriyası və yaş qrupu üzrə ən yaxşı nəticə əldə etmiş ilk 10 iştirakçı növbəti mərhələ olan Final Mərhələsində davam etmək hüququ əldə edəcək. Digər iştirakçılara isə aşağıdakı şəkildə digital nailiyyət sertifikatları təqdim olunacaq:
 *İlk 10% > Qızıl Medal Sertifikatı
 *10-30% > Gümüş Medal Sertifikatı
 *30-60% > Bürünc Medal Sertifikatı
 *60-100% > İştirakçı Sertifikatı

2️⃣ FİNAL MƏRHƏLƏSİ: 
Bu mərhələdə iştirak hüququ əldə etmiş iştirakçılar xarici müəllimlər ilə müsahibədə iştirak edərək öz nitq qabiliyyətlərini nümayiş etdirəcəklər. Hər dil kateqoriyası və yaş qrupu üzrə ən yaxşı nəticə əldə etmiş ilk 3 iştirakçıya Medal, Sertifikat və Mükafatlar təqdim olunacaq.

✈️ Müsahibə mərhələsində hər yaş qrupu və dil kateqoriyası üzrə ən yaxşı nəticə əldə etmiş ilk 3 şagird medal və sertifikat ilə yanaşı may ayında  Fransanın Paris şəhərində* təşkil olunacaq Qrand Final Mərhələsində iştirak üçün xüsusi endirimlər əldə edəcəklər:
1️⃣ yer - 75% endirim
2️⃣ yer - 50% endirim
3️⃣ yer - 25% endirim

 ! Test imtahanları və müsahibə mərhələləri onlayn təşkil olunur və Zoom proqramı ilə imtahan prosesinə nəzarət olunur.

3️⃣ QRAND FİNAL - PARİS
 May ayında Fransanın Paris şəhərində təşkil olunacaq Qrand Final Mərhələsində şagirdlər hər 4 dil kateqoriyası üzrə imtahan və müsabiqələrdə iştirak edərək medal, sertifikat və mükafatlar qazanacaq, həmçinin Fransanın fərqli şəhərlərində əyləncə mərkəzləri və muzeylərə təşkil olunacaq ekskursiyalarda iştirak edəcəklər.
*Olimpiadanın Qrand Final mərhələsində 3-11-ci sinif şagirdləri iştirak edə bilər.








WhatsApp
Kömək lazımdı?